
Xiaomi şirkətinin 2023-cü ilə kimi təqdim edəcəyi smartfonlar məlum olub
Elm & Texnologiya
14.05.2018
Emil Nəcəfov
Avrasiya İqtisadi Komissiyasının məlumatlar
bazasında Xiaomi şirkətinin yaxın gələcəkdə satışa çıxacaq smartfonları barəsində
məlumatlar ortaya çıxıb. Bu barədə Killerfeatures saytı xəbər verib. Sözügedən siyahıya artıq təqdim olunmuş smartfonların
yeni versiyaları və bir yeni smartfon seriyası daxil olub. Siyahıdakı smartfonlar
31 Dekabr 2023-cü il tarixinə kimi satışa çıxmalıdırlar. Məlumata əsasən Xiaomi
Redmi S2-nin Redmi S1 və Redmi S3 adlı davamçıları olacaq. Yaxın zaman ərzində
təqdim olunacaq Xiaomi Mi 7 isə Mi 7 Lite adlı daha büdcəli versiyaya sahib
olacaq. Həmçinin şirkətin çərçivəsiz Mi Mix 2S modeli də yenilənəcək və onun
adı Mi Mix 3S olacaq.

Smartfonlar arasında həmçinin Redmi Note 6, Redmi Note
6a, Redmi Note 6 Prime, Redmi Note 6a Prime, Redmi 6 Plus və Redmi 6a Plus
modelləri də var. Bütün bunlardan əlavə olaraq şirkətin yeni smartfon seriyası
olacaq Mi S haqqında da məlumatlar var. Həmin seriyaya Mi S, Mi S2 və Mi S3
modelləri daxil olacaq. Həmçinin Redmi seriyası da yeni modellərlə təmin
olunacaq. Sadalanmış smartfonlardan əlavə olaraq Redmi seriyası həmdə Redmi A1
və Redmi A2 modelləri ilə genişləndiriləcək. Sözügedən bu smartfon modellərinin
texniki özəllikləri, qiymətləri və təqdimat tarixləri barəsində hələki heç bir
məlumat yoxdur.
Linki kopyala
Həftənin xəbərləri

