main-post-cover

    Xiaomi şirkətinin iki ekranlı smartfonu barəsində ilk məlumatlar ortaya çıxdı

    Elm & Texnologiya
    27.11.2018
    Farid Pardashunas
        iGeekPhone adlı mənbənin məlumatına görə Xiaomi şirkəti özünün ilk iki ekranlı smartfonu üzərində çalışır. Mənbə hətta sözügedən smartfonun texniki göstəriciləri barəsində məlumatlar da verib. Beləliklə smartfon 2340x1080 piksel keyfiyyətli 6.5 inç AMOLED ekrana sahib olacaq. Onun ikinci ekranı isə arxa panelin aşağı hissəsində yerləşəcək və o, 2280x1080 piksel keyfiyyətli 4 inç olacaq. Arxa panelin aşağı hissəsində yerləşəcək ekranın yuxarısında isə üç ədəd kamera (40 MP + 20 MP + 12 MP) yerləşəcək. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Snapdragon 8150 prosessoru, 6/8 GB RAM və 128/256/512 GB daxili yaddaş ilə təchiz olunacaq. Xiaomi şirkətinin ilk iki ekranlı smartfonunun qiyməti, adı və təqdimat tarixi barəsində hələki heç bir məlumat yoxdur.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər