main-post-cover

    Xiaomi şirkətinin ilk əyilə bilən smartfon modelinin render fotoları yaradılıb

    Elm & Texnologiya
    12.02.2019
    Emil Nəcəfov
        Bir neçə həftə bundan öncə Xiaomi şirkətinin prezidenti Lin Bin şirkətin ilk əyilə bilən smartfon modelinin prototipinin videosunu təqdim etmişdi. İndi isə LetsGoDigital saytnın mütəxəssisləri həmin video əsasında sözügedən smartfonun keyfiyyətli render fotolarını yaradıblar. Qeyd etmək lazımdır ki, Samsung şirkətinin əyilə bilən smartfon modelindən fərqli olaraq Xiaomi şirkətinin əyilə bilən smartfon modeli iki tərəfdən də əyilə bilir. Beləliklə bu formatda cihaz adi smartfonu xatırladır və arxa tərəfdən iki kiçik ekran hissəsinə sahib olur.

        Həmçinin əyilmiş şəkildə arxadakı ekranlar daxili tərəfdə deyil, xarici hissədə yerləşirlər. Nəticədə açıq vəziyyətdə sözügüdən cihaz planşeti, əyilmiş şəkildə isə qalın olmayan smartfonu xatırladır. Xiaomi şirkəti bu cür smartfon üzərində çalşdığını təsdiqləyib və qeyd edib ki, smartfon üç əyilmə rejiminə sahib olacaq: İkiqat əyilmə, tam açıq vəizyyət və birtərəfli əyilmə. Şirkət hal hazırda bir neçə prototipə sahibdir. Lakin bu cür smartfonu istehsal etmək heç də asan məsələ deyil. Buna görə də şirkət texniki məsələlər üzrə bir sıra problemləri həll etməlidir.

    Linki kopyala