Logo
    Xiaomi şirkətinin ilk əyilə bilən smartfonu barəsində məlumatlar sızdırıldı

    Xiaomi şirkətinin ilk əyilə bilən smartfonu barəsində məlumatlar sızdırıldı

        Igeekphone adlı mənbə Xiaomi şirkətinin ilk əyilə bilən smartfon modeli barəsində məlumat verib. Məlumata əsasən şirkətin ilk əyilə bilən smartfon modeli Xiaomi Mi Mix Flex adlanacaq. Beləliklə məlumatda qeyd edilib ki, açılmış vəziyyətdə smartfon 7.8 inç ekrana, əyilmiş vəziyyətdə isə 4 inç ekrana sahib olacaq. Əsas texniki göstəricilərə gəldikdə isə Mi Mix Flex Snapdragon 8150 prosessoru, 6 GB RAM və 128 GB daxili yaddaş ilə təchiz olunacaq. Smartfonun təqribi qiyməti 1300$ təşkil edəcək. Onun nə zaman təqdim olunacağı barəsində heç bir məlumat olmasa da, çox güman ki, bu, gələn ilin yaz fəslində baş tutacaq.

    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Xiaomi şirkətinin ilk əyilə bilən smartfonu barəsində məlumatlar sızdırıldı