main-post-cover

    Xiaomi şirkətinin sabah hansı smartfonu təqdim edəcəyi məlumatı ortaya çıxdı

    Elm & Texnologiya
    09.01.2019
    Emil Nəcəfov
        Xiaomi şirkətinin sabah Çində keçirəcəyi xüsusi tədbirdə hansı Redmi modelini təqdim edəcəyi barəsində məlumat ortaya çıxıb. Məlumatı məşhur insayder Ishan Agarwall verib. Onun sözlərinə əsasən sabahkı tədbirdə Xiaomi şirkəti Redmi Note 7 smartfonunu təqdim edəcək. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə sözügedən smartfon Geekbench saytında da ortaya çıxmışdı.
        Bir müddət əvvəl sızdırılmış məlumatlara əsasən Redmi Note 7 Full HD+ keyfiyyətli 6.3 düym ekrana sahib olacaq və ekranın üzərində çıxıntı hissə olacaq. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Snapdragon 660 prosessoru, 6 GB RAM, 4000 mAh enerji tutumlu batareya və 48 MP-lik ikili arxa kamera ilə təchiz olunacaq. Bizə isə sabahkı tədbiri gözləmək qalır.
    Linki kopyala