
Xiaomi Smart Band 8-in qlobal versiyası və Smart Band 8 Active təqdim edilib - QİYMƏTİ
Elm & Texnologiya
26.09.2023
Emil Nəcəfov
Xiaomi şirkəti Xiaomi 13T smartfon seriyası və Xiaomi Watch 2 Pro smart saatı ilə yanaşı üstəlik Xiaomi Smart Band 8 qolbağının qlobal versiyasını və Smart Band 8 Active adlı tamamilə yeni qolbağı təqdim edib. Smart Band 8-in qlobal versiyası Çində satılan versiyadan demək olar heçnə ilə fərqlənmir. Sadəcə olaraq Smart qolbağın qlobal versiyasında kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çip mövcud deyil. Smart Band 8 Active qolbağına gəldikdə isə o, Smart Band 8-in daha sadələşdirilmiş versiyası rolunda çıxış edir.

Sözügedən yeni smart qolbaq 320x172 piksel keyfiyyətli 1.47 düym TFT ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 500 nit təşkil edir. O özündə 50 idman rejimini birləşdirir, ürək döyüntülərini və qandakı oksigen miqdarını ölçə bilir və yuxu keyfiyyətini monitorinq edir. Smart qolbağın gövdəsi sudan qorunma özəlliyinə sahibdir. Bunun sayəsində o, 5 metr su dərinliyinə tab gətirir. Xiaomi bildirib ki, bir dəfə şarj olunandan sonra Smart Band 8 Active 14 gün ərzində çalışa bilir. Xiaomi Smart Band 8 modeli 40 avro, Smart Band 8 Active modeli isə 25 avro qiymətində satışa çıxacaq.

Linki kopyala
Həftənin xəbərləri

