Xiaomi Smart Band 8-in real fotoları ortaya çıxıb

Xiaomi Smart Band 8-in real fotoları ortaya çıxıb

Texnologiya
03.03.2023 PAYLAŞIM

    Xiaomi növbəti smart qolbaq modeli olacaq Smart Band 8 üzərində artıq çalışır. Smart qolbaq NRRA Korea adlı nizamlayıcı orqanda sertifikatlaşdırmadan keçib. Bu səbəbdən də Smart Band 8-in real fotoları ortaya çıxıb. Həmin fotolarda smart qolbağın dizaynında edilmiş bəzi dəyişikliklər əks olunub. Beləliklə fotolardan da görmək olar ki, Smart Band 8-in gövdəsi tanınan oval formada olacaq. Lakin Xiaomi-nin əvvəlki smart qolbaq modellərindən fərqli olaraq Smart Band 8 modelinin kəməri iki hissədən ibarət olacaq. Beləliklə kəmər smart qolbağın gövdəsinə iki hissədən bərkidiləcək. Smart qolbağın digər dizayn elementləri dəyişilməz olaraq qalmalıdır. Daha öncə Xiaomi iki hissədən ibarət kəmər özəlliyini yalnız premium cihazlara əlavə edirdi. Buna misal olaraq Redmi Watch 3-ü və Smart Band 7 Pro-nu gətirmək olar. Smart Band 8-in texniki özəllikləri barəsində hələ ki, bir məlumat yoxdur. Çox güman ki, şirkət növbəti smart qolbağını yay fəslinin əvvəlində və ya ortasında təqdim edəcək.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Üzən Günəş panelləri 6000-dən çox şəhərin elektrik enerjisi tələbatını tamamilə ..

Aparılmış yeni tədqiqata əsasən üzən Günəş panelləri planetin müxtəlif nöqtələrində olan minlərlə şə..


Apple öz elektromobilinin salonu üçün unikal işıqlandırma texnologiyasını patent..

Apple şirkəti Project Titan adı altında bilinən layihəsi çərçivəsində hazırlanan gələcək elektromobi..


Huawei FreeBuds 5-in real fotosu ortaya çıxıb

23 mart tarixində Huawei şirkətinin növbəti təqdimat tədbiri keçiriləcək.


Elon Musk Starship-in ilk orbital uçuşunu anons edib

SpaceX şirkətinin CEO-su Elon Musk planetlərarası Starship kosmik raketinin ilk orbital uçuşunu anon..


Samsung Exynos 2300 prosessoru barəsində yeni məlumatlar verilib

Bir neçə müddət bundan öncə insayderlər Samsung şirkətinin Exynos 2300 adlı yeni flaqman prosessoru ..


Qualcomm subflaqman və orta büdcəli smartfonlar üçün Snapdragon 7+ Gen 2 prosess..

Qualcomm şirkəti Snapdragon 7 seriyasının yeni prosessorunu təqdim edib. Söhbət, Snapdragon 7+ Gen 2..

×