Logo
    main-post-cover

    Xiaomi Smart Band 8 Pro smart qolbağı təqdim olunub - QİYMƏTİ

        Xiaomi-nin təqdim etmiş olduğu daha bir məhsul Xiaomi Smart Band 8 Pro adlı smart qolbaq oldu. Xiaomi Smart Band 7 Pro-dan fərqli olaraq Smart Band 8 Pro-da ekran ölçüsü 0.1 düym böyüyüb. Bununla yanaşı yeni smart qolbaq özündə 150 ədəd idman rejimini, kontaktsız ödənişlər üçün NFC çipini və GPS-i birləşdirir. Beləliklə Smart Band 8 Pro smart qolbağı 60 Hz-lik təsvir yenilənməsinə sahib 480x336 piksel keyfiyyətli 1.74 düym AMOLED ekran ilə təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit təşkil edir və o, Gorilla Glass qoruyucu şüşəsi ilə əhatə olunub. Bununla yanaşı ekran Always-on-Display funksiyasını dəstəkləyir.
        Smart Band 8 Pro-nun gövdəsi 5ATM standartı üzrə sudan qorunur. Bu isə o deməkdir ki, onunla birgə çimmək olsa da, hovuza və ya dənizə daxil olmaq məsləhət görülmür. Smart qolbaq özündə 100 ədəd virtual siferblatı birləşdirir. Xiaomi Smart Band 8 Pro qolbağı ürək döyüntülərinin tezliklərini, qandakı oksigen miqdarını ölçə və yuxu keyfiyyətinin monitorinqini apara bilir. Smart qolbaq 289 mAh enerji tutumlu batareya ilə təchiz olunub. O, adi rejimdə 14 gün ərzində, Always-on-Display funksiyasının aktiv olduğu rejimdə 6 gün ərzində, enerjiyə qənaət rejimində isə 25 gün ərzində çalışa bilir. Xiaomi Smart Band 8 Pro artıq Çində satışa çıxıb və 55$-a satılır.
    Paylaş
    Bənzər xəbərlər