Logo
    main-post-cover

    Xiaomi Smart Band 8 Pro smart qolbağının təqdimatı anons edilib

        Xiaomi şirkəti 14 avqust tarixində Çində böyük təqdimat tədbiri keçirəcək. Artıq məlumdur ki, təqdimat tədbiri çərçivəsində qatlana bilən Mix Fold 3 smartfonu və Xiaomi Pad 6 Max planşeti təqdim ediləcək. İndi isə şirkət 14 avqust tarixində təqdim ediləcək daha bir yeni məhsulunu anons edib. Söhbət, Smart Band 8 Pro adlı smart qolbaqdan gedir. Qeyd etmək lazımdır ki, son zamanlarda Xiaomi-nin smart qolbaqlarındakı ekranların ölçüləri getdikcə böyüyürlər.
        Bunun nəticəsində Xiaomi Smart Band 7 Pro smart qolbaqdan daha çox smart saata bənzəyir. Təqdim olunacaq yeni Smart Band 8 Pro-da isə ekran ölçüsü daha da böyüyəcək. Məlumata əsasən sözügedən yeni smart qolbaq 60 Hz-lik təsvir yenilənməsinə sahib 1.74 düym ekran ilə təchiz olunacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, Smart Band 7 Pro modeli 1.64 düym ekrana sahibdir. Təqdim edilmiş fotodan belə qənaətə gəlmək olar ki, smart qolbağın ekran ətrafı çərçivələri nazik olacaqlar.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Xiaomi Smart Band 8 Pro smart qolbağının təqdimatı anons edilib | Technote