Xiaomi smartfonlar üçün nəzərdə tutulmuş yeni növ batareyanı təqdim edib

Xiaomi smartfonlar üçün nəzərdə tutulmuş yeni növ batareyanı təqdim edib

Texnologiya
01.03.2023 PAYLAŞIM

    Xiaomi şirkəti smartfonlar üçün nəzərdə tutulmuş yeni növ batareyanı təqdim edib. Təqdim edilmiş yeni növ batareyanın əsas fərqləndirici özəlliyi ondan ibarətdir ki, onun tərkibində olan elektrolit (elektrolitlər - həll etdikdə və ya əritdikdə elektrik cərəyanını keçirən maddələr) maye vəziyyətdə deyil, sərt vəziyyətdədir. Buna görə də yeni növ batareya şaxtalı temperaturda öz xüsusiyyətlərini itirmir və bir sıra yeni özəlliklər təqdim edir. Onların arasında böyük batareya həcmi də var. Adi batareya elektrolitin özlülüyünün artması səbəbilə şaxtalı temperaturda enerjisini nisbətən tez itirir. Bərk elektrolit texnologiyası isə bu cür təsirə məruz qalmır.


    Yeni növ batareyanın test versiyaları -20 dərəcə Selsi temperaturda enerjilərini 20% daha ləng itiriblər. Bundan əlavə olaraq bu cür batareya daxilində maye elementlərin olmaması səbəbilə o, düşüşlərə və mexaniki təsirlərə daha dözümlüdür. Bununla yanaşı bərk elektrolitli batareyalarda qısa qapanma hallarına çox az rast gəlinir. Yeni növ batareyanın digər vacib özəlliyi onun həcmindədir. Adi litium-ion batareyalar 693 vatt saat/l (vatt saat/litr) həcmə sahibdirlər. Yeni növ batareya isə 1000 vatt saat/l-ə kimi həcmə sahib ola bilər. Məlumata əsasən Xiaomi yeni növ batareya əsasında hazırlanmış 6000 mAh enerji tutumlu batareyanı Xiaomi 13-ə yerləşdirə bilib. Bununla belə smartfonun və batareyanın ölçülərində heç bir dəyişiklik reallaşdırılmayıb. Bu yeni növ batareyanın irimiqyaslı istehsalına nə zaman start veriləcəyi bilinmir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Üzən Günəş panelləri 6000-dən çox şəhərin elektrik enerjisi tələbatını tamamilə ..

Aparılmış yeni tədqiqata əsasən üzən Günəş panelləri planetin müxtəlif nöqtələrində olan minlərlə şə..


Apple öz elektromobilinin salonu üçün unikal işıqlandırma texnologiyasını patent..

Apple şirkəti Project Titan adı altında bilinən layihəsi çərçivəsində hazırlanan gələcək elektromobi..


Huawei FreeBuds 5-in real fotosu ortaya çıxıb

23 mart tarixində Huawei şirkətinin növbəti təqdimat tədbiri keçiriləcək.


Elon Musk Starship-in ilk orbital uçuşunu anons edib

SpaceX şirkətinin CEO-su Elon Musk planetlərarası Starship kosmik raketinin ilk orbital uçuşunu anon..


Samsung Exynos 2300 prosessoru barəsində yeni məlumatlar verilib

Bir neçə müddət bundan öncə insayderlər Samsung şirkətinin Exynos 2300 adlı yeni flaqman prosessoru ..


Qualcomm subflaqman və orta büdcəli smartfonlar üçün Snapdragon 7+ Gen 2 prosess..

Qualcomm şirkəti Snapdragon 7 seriyasının yeni prosessorunu təqdim edib. Söhbət, Snapdragon 7+ Gen 2..

×