Logo
    main-post-cover

    Xiaomi tripod olaraq da istifadə edilə bilinən Selfie Çubuğunu təqdim etdi

    Hazırda bazarda bir çox fərqli selfie çubuqları mövcuddur. Lakin selfie-nin ilk olaraq məşhurlaşmağa başladığı zamanlardakı qədər çox selfie çubuğunun satılmadığı bir həqiqətdir. Ancaq Çinli texnologiya nəhəngi Xiaomi, bu sahədə bir boşluq gördüyü üçün yeni selfie çubuğunu təqdim etdi. Bluetooth ilə naqilsiz olaraq idarə edilə bilən çubuq, digər selfie çubuqlarına görə daha bacarıqlıdır.
    Mi Selfie Stick Tripod adlı selfie çubuğu, adından da başa düşüləcəyi kimi sadəcə selfie çubuğu olmaqla qalmır. Eyni zamanda tripod vəzifəsini də üstlənir.Bluetooth idarə qurğusu vasitəsilə tripodda yer alan ağıllı telefona uzaqdan çəkiliş etdirilə bilinir. Beləliklə şəkil çəkəcək birinə ehtiyac olmadan professional şəkildə və sarsıntısız videolar ya da şəkillər çəkmək mümkün olur. Əlavə olaraq şəkildə görünən selfie çubuğu səbəbilə can sıxıcı şəkillər də tarixə qovuşur. Bildirilənlərə görə cihazı, tripod modu ilə şəkil çəkməyin mümkün olduğu kimi normal selfie çubuğu formatında da istifadə etmək mümkündür. Beləcə daimi olaraq tripodu yerləşdirəcək yer axtarmaq kimi dərdimiz də olmur.
    Təxmin edilə bilinəcəyi üzrə Çində satışa çıxan selfie çubuğu Mi Selfie Stick Tripodun qiyməti 89 yuan, yəni 12 dollar olaraq təyin edilib. Xüsusiyyətlərinə görə baxdığımızda qiymətin uyğun olduğunu deyə bilərik. Ancaq dronlarla selfienin məşhurlaşdığı günümüzdə çox da texnoloji yenilik olaraq saya bilməyəcəyimiz bu cihazın o qədər də uğurlu olacağını düşünmürük.
    Paylaş
    Bənzər xəbərlər