
Xiaomi TV A Pro 85 adlı yeni smart televizor təqdim edilib - QİYMƏTİ
Elm & Texnologiya
20.10.2023
Emil
Xiaomi şirkəti TV A Pro 85 adlı yeni smart televizorunu təqdim edib. Sözügedən yeni smart televizor böyük ölçülü ekranı və öz ekran ölçüsü seqmentində nisbətən ucuz satış qiymətini əldə edib. Beləliklə Xiaomi TV A Pro 85 smart televizoru 120 Hz-lik təsvir yenilənməsinə sahib 3840x2160 piksel keyfiyyətli 85 düym ekranla təchiz olunub. Ekran maksimal dərəcədə nazik çərçivələrə sahibdir və o, 1.07 milyard rəng çalarını əks etdirə bilir.

Smart televizor 4 nüvəli prosessor vasitəsilə çalışır və özündə 3 GB RAM ilə 32 GB daxili yaddaş həcmini birləşdirir. Bununla yanaşı smart televizor hər biri 10 vatt gücündə olan iki ədəd səsgücləndiriciyə sahibdir. Xiaomi TV A Pro 85 özündə iki ədəd HDMI, iki ədəd USB Type-A girişlərini, Ethernet girişini və Wi-Fi ilə Bluetooth 5.0 texnologiyalarının dəstəklərini birləşdirir. Xiaomi-nin bu yeni smart televizoru artıq Çin bazarında satışa çıxıb və 820$-a satılır. Onun qlobal bazarda satılıb-satılmayacağı bilinmir.
Paylaş
Bənzər xəbərlər

Əməliyyat sistemləri
HyperOS ilə MIUI arasındakı müqayisə videosu təqdim edilib (VİDEO)
TechDroider adlı Youtube kanalında Xiaomi-nin HyperOS adlı yeni istifdadəçi interfeysi ilə ənənəvi MIUI interfeysi arasındakı müqayisə videosu ortaya çıxıb.

Cihazlar+
Redmi Note 13-ün qlobal versiyası təqdimata hazırlaşır
Xiaomi keçən ay Redmi Note 13 smartfon seriyasını təqdim etmişdi. Bu seriyaya daxil olan modellərdən biri də adi Redmi Note 13-dür.

Əməliyyat sistemləri
HyperOS-i əldə edə biləcək Xiaomi cihazlarının qeyri-rəsmi siyahıları təqdim edilib
Bir neçə gün bundan öncə Xiaomi şirkəti özünün yeni istifadəçi interfeysini anons etdi. Söhbət, HyperOS-dən gedir.

Cihazlar+
Xiaomi 14-ün ilk tizer posteri təqdim edilib
Xiaomi şirkəti hal hazırda Xiaomi 14 smartfon seriyasının təqdimatına hazırlaşır.

Cihazlar+
Redmi K70 Pro barəsində yeni məlumatlar məşhur insayder tərəfindən təqdim edilib
Xiaomi-nin Redmi brendi ilin sonuna kimi Redmi K70 smartfon seriyasını təqdim edəcək və bu seriyaya daxil olacaq modellərdən biri də Redmi K70 Pro olacaq.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
