main-post-cover

    Xiaomi və Redmi smatfonları IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyini əldə edə bilərlər

    Elm & Texnologiya
    13.04.2020
    Farid Pardashunas
        Bir neçə müddət bundan öncə Redmi brendinin təqdim etmiş olduğu Redmi K30 ProK30 Pro Zoom Edition smartfonları IP53 standartı üzrə su damcılarından qorunma özəlliklərinə sahibdirlər. Lakin yaxın gələcəkdə Xiaomi və Redmi smartfonları IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyini ələ edə bilərlər. Bu barədə Gizchina saytı xəbər verib.
        Xiaomi Group-un vitse-prezidenti və Redmi brendinin rəhbəri vəzifələrində çıxış edən Lu Weibing bir neçə gün bundan öncə qeyd etdi ki, IP53 standartı smartfonlar üçün yetərlidir. “Redmi K30 Pro smartfonu IP53 standartını dəstəkləyir. Bu isə su damcılarından qorunmaq üçün yetərlidir. Düşünürəm ki, IP68 standartına ehtiyac yoxdur” - deyə Lu Weibing qeyd etmişdi.
        Lakin onun səsləndirdiyi bu cür fikirlər şirkət pərəstişkarlarını heç qane etməyib və onlar həmin fikirləri sərt tənqid ediblər. Yaxşı ki, Lu Weibing şirkət pərəstişkarlarının fikirlərinə qulaq asıb və öz mövqeyini dəyişib. “Hamı IP68 standartını bəyəndiyi üçün biz öz məhsullarımıza gələcəkdə bu cür özəlliyin əlavə olunması imkanını nəzərdən keçirdəcəyik” - deyə Lu Weibing sonradan qeyd edib. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər