Xiaomi Watch 2 Pro flaqman smart saatın texniki göstəriciləri ortaya çıxıb

Xiaomi Watch 2 Pro flaqman smart saatın texniki göstəriciləri ortaya çıxıb

Texnologiya
14.09.2023 PAYLAŞIM

    Xiaomi-nin yeni flaqman smart saatı barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edirlər. Söhbət, Xiaomi Watch 2 Pro-dan gedir. Bu dəfə insayderlər sözügedən smart saatın texniki göstəricilərini paylaşıblar. Beləliklə verilmiş məlumata əsasən Xiaomi Watch 2 Pro smart saatı 466x466 piksel keyfiyyətli 1.43 düym AMOLED ekran ilə təchiz olunacaq. Smart saat Snapdragon W5+ Gen 1 prosessoru vasitəsilə çalıaşcaq və özündə 2 GB RAM-ı, 32 GB daxili yaddaş həcmini və 500 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Sözügedən smart saatın gövdəsi həmçinin sudan qorunma özəlliyinə sahib olacaq və o, MIUI interfeysli WearOS əməliyyat sistemi ilə çalışacaq. Xiaomi Watch 2 Pro-nun ya Xiaomi 13T ya da Xiaomi 14 smartfon seriyası ilə birlikdə təqdim olunacağı gözlənilir.




DAHA ÇOX


Lenovo şirkəti Tab M11 planşeti üzərində çalışır

Lenovo şirkəti bu ilin əvvəlində 5G dəstəkli Tab M10 planşetini təqdim etmişdi.


OnePlus Buds Pro 3 naqilsiz qulaqlığının fotoları təqdim edilib

OnePlus şirkətinin hal hazırda üzərində çalışdığı yeni məhsullardan biri də OnePlus Buds Pro 3 adlı ..


ChatGPT dəstəkli smart eynək təqdim edilib - QİYMƏTİ

Solos adlı şirkət süni zəka əsaslı ChatGPT çat-botuna sürətli keçid funksiyasına sahib AirGo 3 adlı ..


Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive, OpenAI CEO-su ilə süni zəka dəst..

The Information saytının verdiyi məlumata əsasən Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive, Ope..


Meta Quest 3 qarışıq reallıq cihazının satış tarixi açıqlanıb (VİDEO)..

Meta şirkəti özünün Connect adlı tədbiri çərçivəsində Meta Quest 3 qarışıq reallıq (AR + VR) cihazın..


Ray-Ban Meta Smart Glasses smart eynəyi təqdim edilib - QİYMƏTİ (VİDEO)

Meta şirkəti özünün Connect adlı tədbiri çərçivəsində Ray-Ban Meta Smart Glasses smart eynəyini təqd..

×