
Xiaomi Watch 2 Pro smart saatının render fotoları təqdim olunub
Elm & Texnologiya
06.09.2023
Emil
Son zamanlarda ortaya çıxmış məlumatlara əsasən Xiaomi şirkəti növbəti flaqman smart saatı üzərində çalışır. Söhbət, Xiaomi Watch 2 Pro-dan gedir. İndi isə Mysmartprice saytı sözügedən yeni smart saatın render fotolarını və bəzi məlumatlarını təqdim edib. Təqdim edilmiş fotolardan da görmək olar ki, Xiaomi Watch 2 Pro yenilənmiş dizaynı əldə edəcək və xarici görünüşcə Samsung Galaxy Watch 6 Classic-ə bənzəyəcək. Samsung Galaxy Watch 6 Classic kimi Xiaomi Watch 2 Pro da hərəkətli başlığı və poladdan hazırlanmış gövdəni əldə edəcək. Smart saat 1.43 düym AMOLED ekran ilə təchiz olunacaq və 4G dəstəyinə sahib olacaq. Xiaomi Watch 2 Pro-nun Xiaomi 14 smartfon seriyası birlikdə təqdim olunacağı güman edilir.
.jpg)
.jpg)
.jpg)
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
