
Xiaomi Watch 2 Pro smart saatının təqdimatı anons edilib
Elm & Texnologiya
19.09.2023
Emil
Xiaomi şirkəti 26 sentyabr tarixində Xiaomi 13T smartfon seriyasını təqdim edəcək. Bu seriyaya Xiaomi 13T və Xiaomi 13T Pro smartfonları daxil olacaqlar. İndi isə şirkət həmin tarix üçün daha bir yeni məhsulunun təqdimatını anons edib. Söhbət, Xiaomi Watch 2 Pro smart saatından gedir. Rəsmi anonsa əsasən bu yeni smart saat 26 sentyabr tarixində Xiaomi 13T smartfon seriyası birlikdə təqdim ediləcək. Xiaomi Watch 2 Pro-nun texniki göstəricilərinə gəldikdə isə son məlumat sızıntılarına əsasən o, 466x466 piksel keyfiyyətli 1.43 düym AMOLED ekran, Snapdragon W5+ Gen 1 prosessoru, 2 GB RAM, 32 GB daxili yaddaş həcmi və 500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
