Xiaomi Watch S2 smart saatı smart tərəzilərin bəzi özəlliklərinə sahib olacaq
Elm & Texnologiya
01.12.2022
Farid Pardashunas
Bugün Xiaomi şirkəti növbəti təqdimat tədbirini keçirtməli idi. Həmin təqdimat tədbirində Xiaomi 13 smartfon seriyası ilə yanaşı həmçinin Watch S2 adlı smart saat da təqdim olunacaqdı. Lakin nəticədə şirkət Çinin keçmiş lideri Jiang Zemin-in vəfatı səbəbilə təqdimat tədbirini təxirə salmalı oldu. İndiyənə kimi Xiaomi Watch S2 barəsində ətraflı məlumat verilməmişdi. İndi isə sözügedən smart saat barəsində bəzi məlumatlar ortaya çıxıb. Beləliklə verilmiş məlumata əsasən Watch S2 insan səhhətinin müxtəlif faktorlarını ölçməklə yanaşı həmçinin smart tərəzilərin bəzi özəlliklərini də əldə edəcək. Məlumatda qeyd edilib ki, Watch S2 smart saatı orqanizmin əzələ yağ nisbətini ölçə biləcək. Daha öncə Xiaomi məhsulları arasında bu cür funksiyaya yalnız smart tərəzilər sahib idilər. Sözügedən funksiyanın necə çalışacağı barəsində məlumat verilməyib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək