main-post-cover

    Xiaomi Watch S2 smart saatının fotoları ortaya çıxıb

    Elm & Texnologiya
    30.11.2022
    Emil Nəcəfov
        İnternetdə Xiaomi şirkətinin yeni smart saatının rəsmi fotoları ortaya çıxıb. Söhbət, Xiaomi Watch S2-dən gedir. Qeyd etmək lazımdır ki, sözügedən smart sabah Xiaomi 13 flaqman smartfon seriyası ilə birlikdə təqdim olunmalı idi. Lakin Xiaomi sabahkı tədbiri müəyyən müddətlik təxirə salmalı oldu. Xiaomi Watch S2 smart saatına gəldikdə isə onun texniki özəllikləri barəsində heç bir məlumat yoxdur. Sadəcə olaraq məlumdur ki, smart saat iki versiyada təqdim olunacaq. Onlardan biri 42 mm-lik gövdə ölçüsünə, digəri isə 46 mm-lik gövdə ölçüsünə sahib olacaq. Bununla yanaşı ortaya çıxmış fotolardan da görmək olar ki, Xiaomi Watch S2 3 gövdə rəngində satışa çıxacaq: Qara, gümüşü və qızılı.
    Linki kopyala