
Xiaomi WearOS vasitəsilə çalışacaq ilk smart saatının təqdimatına hazırlaşır
Elm & Texnologiya
16.05.2023
Emil
Hələ mart ayında məlumat ortaya çıxmışdı ki, Xiaomi Google şirkətinin WearOS əməliyyat sistemi vasitəsilə çalışacaq ilk smart saatını təqdim edə bilər. İndi isə ortaya çıxmış yeni məlumata əsasən şirkət WearOS vasitəsilə çalışacaq ilk smart saatı üzərində işləri tamamlamaq üzrədir. Belə ki, şirkət smart saatı artıq sertifikatlaşdırmadan keçirdir. Koreyanın NRRA adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında ortaya çıxmış foto buna işarə edir.

Fotoda smart saatın yalnız indeks nömrəsi (M2235W1) əks olunub. Daha öncə insayderlər bildirmişdilər ki, Xiaomi-nin WearOS-lu ilk smart saatı audio zənglər üçün eSIM dəstəyini əldə edəcək. Smart saatın texniki özəllikləri barəsində heç bir məlumat yoxdur. Onun nə zaman təqdim ediləcəyi də bilinmir. Lakin onun artıq sertifikatlaşdırmadan keçməsi təqdimatın yaxın zamanda baş tutacağı deməkdir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
