
Xiaomi WearOS vasitəsilə çalışacaq yeni smart saat hazırlayır
Elm & Texnologiya
03.03.2023
Emil
Xiaomi şirkəti bu həftənin əvvəlində start götürmüş və artıq yekunlaşmış MWC 2023 sərgisi çərçivəsində Watch S1 Pro smart saatının qlobal versiyasını təqdim etdi. Verilmiş yeni məlumata əsasən şirkət növbəti smart saatı üzərində çalışır. Məlumatda qeyd edilib ki, şirkətin aktual smart saatlarından fərqli olaraq hazırlanan yeni smart saat Google şirkətinin WearOS 3 əməliyyat sistemi vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, Xiaomi-nin hal hazırda aktual olan smart saatları MIUI WatchOS əməliyyat sistemi vasitəsilə çalışırlar. Şirkətin hazırladığı yeni smart saat isə WearOS 3 sayəsində Google tətbiqlərini və servislərini əldə edəcək. Məlumatda əsasən yeni smart saat bazara Xiaomi Watch brendi altında satışa çıxacaq. Smart saatın texniki özəllikləri və nə zaman satışa çıxacağı barəsində məlumat yoxdur.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
