Logo
    Xiaomi Xring O1 mobil prosessoru təqdim edilib

    Xiaomi Xring O1 mobil prosessoru təqdim edilib

         Xiaomi şirkəti daha öncə də anons etmiş olduğu kimi Xring O1 adlı yeni mobil prosessorunu təqdim edib. Xiaomi-nin sözlərinə əsasən bu yeni prosessor Apple A18 Pro-dan daha ucuz başa gəlir və enerji sərfiyyatının effektivliyi baxımından onu geridə qoyur. Xring O1 prosessoru 3 nanometrlik texnoloji proses əsasında hazırlanıb və o, 10 nüvəyə sahibdir. Nüvələr prosessorun tərkibində “2 + 6 + 2” sxemi üzrə yerləşiblər. Yəni prosessor özündə 3.9 GHz tezlikdə çalışan 2 ədəd Cortex-X925 nüvəsini, 1.9 GHz-dən 3.4 GHz-ə kimi çalışan 6 ədəd Cortex-A725 nüvəsini və 1.8 GHz tezlikdə çalışan 2 ədəd Cortex-A520 nüvəsini birləşdirir. Prosessorun qrafik imkanlarından isə 16 nüvəli Immortalis-G925 cavabdehdir. Prosessor həmçinin 6 nüvəli neyron çipinə sahibdir və bu çipin performansı 44 TOPS təşkil edir. Xiaomi bildirib ki, o, Xring O1-in hazırlanmasına 4 il vaxt və bu müddət ərzində bu layihəyə 1.87 milyard dollar vəsait sərf edib. Hal-hazırda Xring O1 kütləvi istehsal prosesindədir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Xiaomi Xring O1 mobil prosessoru təqdim edilib