
Xiaomi yeni bir məhsulun təqdimatına hazırlaşır
Elm & Texnologiya
07.05.2017
Farid
Mərkəzi Çində yerləşən mobil telefon istehsalçısı Xiaomi, yeni tanıdacağı məhsul üçün maraq səbəb olacaq bir afişa yayımladı. Xiaomi tamamilə fərqli bir məhsulla qarşımıza çıxa bilər.
Son vaxtlar Xiaomi ancaq telefon bazarında
özünü tanıtmışdı. Amma şirkət bir çox sahədə çalışmalar həyata keçirməkdədir.
Xiaomi elektrikli nəqliyyat vasitəsini təqdim
edə bilər
Daha əvvəl Xiaomi QiCycle adıyla uyğun
qiymətə, qatlana bilən və ağıllı velosiped təqdim edən şirkət bu dəfə də başqa
bir məhsulun təqdimatına hazırlaşır. Təqdimat 12 dekabr tarixində baş tuta bilər.
Şirkətin təqdim etdiyi afişada bu yeniliyin elektrikli nəqliyyat vasitəsi ola
biləcəyi təxmin edilir.
Amma bu nəqliyyat vasitəsinin tam olaraq nə olacağı
bilinmir. Amma şirkətin CEO-su keçən il, 3-5 il daha elektrikli maşın istehsal
etməyi planladıqlarını bildirmişdi.
E-ABS kilitlənməz əyləc sistemi, yeniləyici
əyləc, sürət təyinat sistemi, perforasiya əyləc diskləri və tək parça qəlib
tökmə motor, məhsulun xüsusiyyətləri arasında göstərilir.
Paylaş
Bənzər xəbərlər