
Xiaomi yeni planşet üzərində çalışır
Elm & Texnologiya
16.06.2023
Emil
Son zamanlarda Çindən olan istehsalçılar planşet bazarında olduqca aktivdirlər. Pandemiya dövründə planşetlərin satışları yüksək olsalar da, hal hazırda satış dinamikası artıq aşağı düşüb. Lakin satış dinamikasının aşağı düşməsi istehsalçıların yeni planşet modellərini təqdim etməsini dayandırmır. Digital Chat Station ləqəbli məşhur insayderin verdiyi məlumata əsasən Xiaomi artıq öz yeni planşetinin prototipini hazırlayıb.
İnsayderin sözlərinə əsasən şirkətin yeni planşetinin prototipi böyük ölçülü ekrana sahibdir və Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışır. Şirkətin artıq Pad 5 planşet seriyasını təqdim etdiyini nəzərə alsaq, güman etmək olar ki, şirkət aktiv şəkildə Pad 6 planşet seriyası üzərində çalışır. İnsayder tərəfindən verilmiş məlumatlar isə böyük ehtimal ilə Xiaomi Pad 6 Pro-ya aiddir. Şirkət böyük ehtimal ilə yeni planşet seriyasını gələn il təqdim edəcək.
Paylaş
Bənzər xəbərlər