Xiaomi yeni smart saatını təqdim etməyə hazırlaşır
Elm & Texnologiya
28.11.2022
Farid Pardashunas
1 dekabr tarixində Xiaomi şirkəti təqdimat tədbirini keçirdəcək. Keçiriləcək təqdimat tədbiri çərçivəsində şirkət Xiaomi 13 smartfon seriyasını, MIUI 14 istifadəçi interfeysini və yeni smart saatını təqdim edəcək. İndi isə internetdə sözügedən smart saat barəsində məlumatlar ortaya çıxıb. Şirkətin yeni smart saatı Xiaomi Watch S2 adlanacaq. Hal hazırda sözügedən smart saatın texniki özəllikləri barəsində ətraflı bir məlumat yoxdur. Sadəcə olaraq məlumdur ki, o, paslanmaz polad materialdan hazırlanmış gövdəni, GPS naviqasiya modulunu əldə edəcək. Bununla yanaşı smartfonla sinxronlaşdırmaya ehtiyac qalmadan bu smart saat vasitəsilə telefon zənglərini reallaşdırmaq mümkün olacaq. Smart saat iki variantda təqdim ediləcək. Onlardan biri 42 mm-lik gövdə ölçüsünə, digəri isə 46 mm-lik gövdə ölçüsünə sahib olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək