
Xperia X Compact cihazı satışa çıxarıldı
Elm & Texnologiya
07.05.2017
Farid
Sony-nin çoxdan gözlənilən Xperia X Compact modeli artıq satışa çıxarılıb
GSMArena saytında verilən məlumata görə
Sony-nin yeni modeli Xperia X Compact, Avropada 449 avroya satışa çıxarıldı. Telefonun tezliklə digər ölkələrdə də satışa
çıxması gözlənilir.
Xperia X Compact-ın xüsusiyyətləri
4.6 inç böyüklükdə HD keyfiyyətə malik
ekrana sahib cihaz 6 nüvəli Snapdragon 650 prosessora sahibdir. 3 GB RAM və əlavə
32 GB daxili yaddaşı olan telefonda lazer avtofokusu və rəngi təyin edən sensorla
dəstəklənən 23 MP arxa kamera yer alır. Android 6.0.1 Marshmallow əməliyyat
sistemi ilə çıxış edən Xperia X Compact-ın ön kamerası 5 MP-dir. Bundan əlavə cihazda
2.700 mAh həcmində batareya, USB Type-C bağlantı mövcuddur.
Paylaş
Bənzər xəbərlər