
Xperia XA 2-nin ilk fotoları sızdırıldı
Elm & Texnologiya
07.05.2017
Farid
"Sony”nin yeni smartfonun ilk fotoları təqdim olunub.
Fotoları təqdim etmiş mənbənin məlumatlarına
əsasən yeni smartfon Xperia XA 2 adlanacaq. İnternetdə gəzən bir çox məlumatlara
əsasən Xperia XA 2, MTK Helio P20 prosessoru, 4 GB RAM, 23 MP arxa və 16 MP ön
kamera ilə təchiz olunacaq. Bundan əlavə olaraq smartfon, USB Type-C və 3.5
mm-lik audiogirişə sahib olacaq. Xperia XA 2-nin MWC 2017 sərgisində təqdim
olunacağı güman edilir. Onun qiymətinin isə 320$ civarında olacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər