Xperia XZ3 flaqman modelinin real fotoları sızdırıldı

Xperia XZ3 flaqman modelinin real fotoları sızdırıldı

Texnologiya
13.06.2018 PAYLAŞIM

    Bu ilin əvvəlində təqdim olunmuş Xperia XZ2 flaqman modelinin davamçısının fotoları internetə sızdırılıb. Yeni model əvvəlki ilə müqayisədə bir fərqləndirici özəlliyə sahib olsa da ənənəvi dizaynı özündə qoruyub saxlayacaq. Fotolardan belə qənaətə gəlmək olar ki, Xperia XZ3-ün ön və arxa panelləri şüşə ilə örtülmüş olacaq. Xarici görünüşcə smartfon Xperia XZ2-yə bənzəyir. Ön paneldən smartfonda heç bir ciddi dəyişiklik olmayacaq. Lakin arxa paneldə ikili arxa kamera olacaq.


    Sızdırılmış məlumatlara əsasən arxa kamerada modullardan biri f/1.8 diafraqmalı 19 MP, digəri isə f/1.6 diafraqmalı 12 MP olacaq. Digər sızdırılmış məlumatlara əsasən Xperia XZ3 18:9 nisbətli 2160x1080 piksel keyfiyyətli 5.7 inç ekran, 8 nüvəli Snapdraon 845 prosessoru, 6 GB RAM, 64/128 GB daxili yaddaş (400 GB-a kimi microSD dəstəkli), 3240 mAh enerji tutumlu batareya, iki SIM kart girişi və USB Type-C girişi ilə təchiz olunacaq. Smartfonun nə zaman təqdim olunacağı barəsində məlumat olmasa da, çox güman ki, bu, Avqust ayının sonunda və ya Sentyabr ayının əvvəlində baş tutacaq IFA 2018 tədbirində baş verəcək.




SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Xiaomi Black Shark 3 gamer smartfonu təqdimatdan öncə Geekbench testlərindən keç..

Təqdimatına az müddət qalmış Xiaomi-nin Black Shark 3 gamer smartfonu məşhur Geekbench bençmark sayt..


Yeni sistem boşluğu Wi-Fi modula sahib milyardlarla elektron cihazı hack etməyə ..

Kompüter təhlükəsizliyi sahəsində fəaliyyət göstərən ESET şirkətinin təqdim etdiyi yeni hesabata əsa..


Google şirkəti Huawei ilə əməkdaşlığın bərpası üçün Ağ Evə müraciət edib..

Google şirkəti ABŞ hökumətindən Huawei ilə əməkdaşlığın bərpa edilməsi üçün icazə istəyir...


2019-cu ilin ən çox satılan smartfonu məlum oldu

Omdia şirkətinin analitikləri keçən il hansı smartfon modellərinin daha çox satıldıqlarını hesablaya..


Apple şirkəti filmlərdəki mənfi obrazlara iPhone-dan istifadəni icazə vermir..

Apple şirkəti istehsal etdiyi və satışa çıxartdığı məhsullarının keyfiyyətlərindən əlavə olaraq film..


LG şirkəti yeni flaqman smartfonu LG V60 ThinQ 5G-ni təqdim etdi

Bu ilki MWC 2020 sərgisinin ləğv edilməsi səbəbilə LG şirkəti öz yeni flaqman smartfon modeli olan L..