
Xperia Z5 Premium 2017 Edition gəlir!
Elm & Texnologiya
07.05.2017
Farid
Sony Xperia Z5 Premium 2017 Edition modelinin detalları ortaya çıxmağa başladı. Z5 Premium adını davam etdirməyi hədəfləyən Sony, olduqca iddialı gəlir!
Sony Xperia
Z5 Premium 2017 Edition modelinə aid ilkin detallar ortaya çıxdı. Sony-nin Z5
Premium ilə daha əvvəl istifadə etmiş olduğu 4K ekran təcrübəsi, artıq sabit
keyfiyyətdə ola bilər.
Qısa bir
müddət əvvəl Sony-nin 4K ekran keyfiyyətinə sahib və Snapdragon 835 əməliyyat
sistemli bir model istehsal edəcəyini xəbər
vermisdik. İndi isə bu iddialar təsdiqini tapdı deyə bilərik. Sony-nin 2015-ci
ildə bazara təqdim etdiyi Xperia Z5
Premium modeli müəyyən istifadə şərtlərində 4K ekran keyfiyyətini təmin edirdi
ancaq bu vəziyyət standart istifadə üçün etibarlı deyildi.
Sony Xperia
Z5 Premium 2017 Edition modelində, 5.5 inç ölçülü ekran 3840x2160 piksel keyfiyyətini
təqdim edəcək. Telefonda olması gözlənilən Snapdragon 835 əməliyyat sistemi isə
bu keyfiyyəti dəstəkləyəcək. Yaddaş tərəfində isə 4GB LPDDR4 RAM və 64 GB daxili yaddaş sahəsi yer ala bilər. Kamera modelində hər zaman idialı olan Sony,Xperia Z5 2017 Edition modelində Sony IMX400 sensoruna yer verəcəyi təxmin
edilir.
Sony-nin
yeni nəsil telefonunu Barcelona-da təşkil olunacaq MWC 2017 mərasimində
təqdim etməsi gözlənilir.
Paylaş
Bənzər xəbərlər