Logo
    Yahoo-nun hack olunması ilə bağlı yeni məlumatlar. Əslində 1 milyarddan çox istifadəçinin məlumatları oğurlanıb

    Yahoo-nun hack olunması ilə bağlı yeni məlumatlar. Əslində 1 milyarddan çox istifadəçinin məlumatları oğurlanıb

    Amerikanın “Yahoo” şirkəti bildirib ki, 2013-cü ildə baş vermiş böyük kiberhücum zamanı, 3 milyard istifadəçinin məlumatları oğurlanıb.
    Şirkət bildirib ki, həmin vaxtda 1 milyard istifadəçinin hesabı deyil (şirkət məhz bu 1 miyard olduğunu bildirmişdi), o vaxtlarda servisin bütün istifadəçilərinin (3 milyard insan) hesabları hack olunmuşdu. Hackerlərin əldə etdikləri məlumatlar arasında istifadəçilərin elektron poçt ünvanları, telefon nömrələri, doğum tarixləri və şifrələri ola bilər.

    Sözügedən hadisənin istintaqı nəticəsində “Yahoo” qeyd edib ki, hackerlər, mətn şifrələrini, bank kartları və bank hesabları haqqında məlumatları oğurlamayıblar. “Yahoo”nun hüquqşünasları düşünürlər ki, bu hadisə ilə bağlı yeni məlumatların ortaya çıxması, öz növbəsində səhmdarlar və istifadəçilər tərəfindən şirkətə olacaq tələblərin sayını artıracaq. Qeyd etmək lazımdır ki, bu kiberhücumdan sonra şirkətə qarşı 41 iddia tələbi qaldırılmışdı.
    ABŞ-ın Ədliyyə Nazirliyi, “Yahoo” istifadəçilərinin hack olunmasında 4 nəfərdən şübhələnir və onlardan 3-ü Rusiya Federasiyasının ərazisində yerləşir. ABŞ höküməti, şübhəli şəxslərin tez bir zamanda həbs olunmasını planlaşdırır. Qeyd edək ki, şirkət ilk dəfə bu kiberhücum barəsində 2016-cı ildə xəbər verdi.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Yahoo-nun hack olunması ilə bağlı yeni məlumatlar. Əslində 1 milyarddan çox istifadəçinin məlumatları oğurlanıb