
'Yamaha' şirkəti Motobot adlı robot motosikletçini təqdim etdi (VİDEO)
Elm & Texnologiya
30.10.2017
Emil
Yamaha markalı motosikletin üzərində olan insana bənzər robot professional yarışçı Valentino Rossi ilə yarışıb.
Baxmayaraq ki, robot bu yarışda
uduzub, motosikletin üzərində insanın deyil, məhz robotun olması bir xeyli təəccübləndirir.
Motobot virtual köməkçi və ya avtopilot sistemi deyil. O, tanış olmayan
yollarda sürməyi, insanları və yol işarələrini təyin etməyi bacarmır. O yalnız
yarışlar üçün hazırlanıb və yalnız yarışacağı yolu tanıyır. Özünün harda
olduğunu isə o, ötürücülər və GPS-RTK-GPS sistemi vasitəsilə təyin edir. Düz
yolda o, saatda 200 km sürət yığa bilir.
Yarış zamanı Motobot bütün yarış
yolunu 117.5 saniyə ərzində başa vurdu. Valentino Rossi isə həmin yolu 85.74
saniyəyə qətt etdi. Yəni Motobot ondan 32 saniyə geridə qaldı. Maraqlısı isə
ondadır ki, robotun idarə etdiyi motosikl tamamilə adi motosikldir. Yəni o təkmilləşdirilməyib.
Fərqli olan tək şey yalnız sürücüdür. Robot sensorlar vasitəsilə qəbul olunan məlumatları
analiz edir. Paralel olaraq o, yol faktorlarını, küləyin müqavimətini və mühərrikin
tormoz sistemini təyin edir.
Paylaş
Bənzər xəbərlər