Yapon mərmi qatarı seriyasının yeni üzvü - Supreme

Yapon mərmi qatarı seriyasının yeni üzvü - Supreme

Texnologiya
22.03.2018 PAYLAŞIM

    Yaponiya mərmi qatarı donanmasını yeni bir modellə böyütmək istəyir. Saatda 300 kilometr sürət yığa bilən Shinkasen xətti qatarının Supreme versiyası hər oturacaq üçün ayrıca ştepsel və işıqlandırılmış başüstü baqaj bölmələri ilə konforta istiqamətlənmiş yenilikləri ehtiva edir.

    Yapon yayım orqanı Asahi-nin xəbərinə görə Central Japan Railway-in N700S seriyalı qatarları 2020-ci ildə Tokio və Shin-Osaka arasındakı Shinkasen xəttində ilk dəfə hərəkət edəcək. Qatarlar bu aydan etibarən relslərin üzərində yoxlanılacaq. Supreme qatarlarında oturacaqların qumaşı yenilənərkən biznes sinifində səyahət edənlərə 15/100 nisbətində daha geniş ayaq sahəsi təqdim edilir.


    Daha əvvəl sadəcə pəncərə kənarlarında yerləşən güc ştepselləri hər oturacağa əlavə olunmaqla yanaşı baş üstü baqaj bölmələrinin işıqları da qatar dayandığı zaman avtomatik yanacaq. 16 vaqondan ibarət qatarda 14 vaqon sırf sərnişinlərə ayrıldığı halda 2 vaqon qatarın nəzarəti üçün istifadə olunur.

    Ümumi 1323 nəfəri daşıma qabiliyyətinə sahib qatar Tokaido-Shinkasen xəttində saatda 285 kilometr sürətlə gedəcək. Sanyo-Shinkasen xəttində isə bu sürət saatda 300 km olacaq. Yaponiya mərmi qatar seriyasının yeni üzvündə vaqon konfiqurasiyası istəyə uyğun dəyişdiriləcək. Məsələnç 16 vaqon əvəzinə 12 vaqon istifadə oluna biləcək. Supreme qatarlarının 2020-ci il Tokio Olimpiya Oyunlarında sərnişin daşıması gözlənilir.




DAHA ÇOX


Redmi Buds 5 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

Redmi brendi Redmi Note 13 smartfonları ilə yanaşı həmçinin Redmi Buds 5 adlı yeni naqilsiz qulaqlığ..


Almaniya Huawei və ZTE-nin 5G təchizatlarından istifadəni dayandırmağı planlaşdı..

Almaniyanın Daxili İşlər Nazirliyi ölkənin mobil 5G şəbəkələrində Huawei və ZTE şirkətlərinin istehs..


Çin ABŞ-ı Huawei texnologiyalarının oğurlanmasında günahlandırıb

Çinin Dövlət Təhlükəsizlik Nazirliyi ölkədə məşhur olan WeChat platforması üzərindən bildirib ki, Hu..


Snapdragon 8 Gen 3 for Galaxy prosessoru Apple A17 Pro-dan daha performanslı ola..

Qualcomm şirkəti gələn ayın sonunda Snapdragon 8 Gen 3 prosessorunu təqdim edəcək.


Samsung Galaxy Buds FE naqilsiz qulaqlığının yeni fotoları və məlumatları təqdim..

Artıq məlumdur ki, Samsung şirkəti Galaxy Buds FE adlı yeni naqilsiz qulaqlıq üzərində çalışır...


Huawei təkmilləşdirilmiş Face ID texnologiyasını patentləşdirib

Huawei şirkətinin yeni patenti mobil cihazlarda istifadəçi üzünün skanı üçün nəzərdə tutulmuş təkmil..

×