main-post-cover

    Yaponiya elektron cihazların təkrar emalından hazırlanmış Olimpiya medallarını hazırladı

    Elm & Texnologiya
    24.07.2019
    Farid Pardashunas
        Tokio hökuməti 2020-ci il Olimpiya oyunları üçün nəzərdə tutulmuş medalları təqdim edib. Həmin medalların istehsalı üçün lazım olan metallar isə artıq istifadə olunmayan texnikaların təkrar emalından əldə olunub. Bu barədə Macdigger saytı xəbər verib. 2017-ci ilin aprel ayında Tokio 2020 Olimpiya oyunlarının təşkilat komitəsi elektron cihazların yığımı üçün nəzərdə tutulmuş iki illik kampaniyaya start vermişdi.

        Əsas məqsəd isə yığılmış elektron cihazları təkrar emal edərək əldə olunmuş metallardan medallar hazırlamaq idi. Ümumilikdə bu məqsəd üçün yaponlar 78.895 ton elektron cihaz və o cümlədən 6.21 milyon mobil telefon bağışlayıblar. Bütün bunlardan isə 32 kq qızıl, 3500 kq gümüş və 2200 kq bürünc əldə etmək mümkün olub.

        Birinci yer üçün nəzərdə tutulmuş qızıl medalın hazırlanmasında 6 qram qızıldan istifadə olunub. İkinci yer üçün nəzərdə tutulmuş bürünc medalın hazırlanmasında təmiz gümüşdən istifadə olunub. Üçüncü yer üçün nəzərdə tutulmuş bürünc medalların 95%-i misdən, 5%-i isə sinkdən ibarətdirlər. Hazırlanmış medallar 85 mm diametr ölçüsünə və 7.7 mm-dən 12.1 mm-ə kimi qalınlığa sahibdirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər