
Yaratdığı qadın robotdan o qədər xoşu gəldi ki, axırda onunla evləndi
Elm & Texnologiya
07.05.2017
Farid
Süni zəka üzrə mütəxəssis və robot hazırlayan 31 yaşlı çinli Zheng Jiajia, 2016-cı ilin sonunda qadın robotu yaratmışdı.
Yaratdığı qadın robota o, Yingying adını vermişdi. Lakin
sonradan robot, 31 yaşlı çinlinin o qədər xoşuna gəldi ki, nəticədə o, robotla
ailə həyatı qurmağa qərar verdi. Qeyd etmək lazımdır ki, Yingying adlı qadın
robot bəzi çin heroqliflərini, fotoları tanıya və hətta bəzi sözləri də tələffüz
edə bilir. Zheng-in dostlarının və ailə üzvlərinin iştirak etdikləri toy mərasimi
31 Mart tarixində keçirilib. Toy mərasimində qadın robot, qara paltar geyinmiş
və başı qırmızı şarf ilə örtülmüşdü. Bu cür geyim Çin adət-ənənəsinə uyğundur. Təəssüflər
olsun ki, qadın robot tərəfdən toy mərasimində heç kim iştirak etməyib.
Zheng-in dostu bu barədə jurnalistlərə müsahibə verən zaman qeyd edib ki, Zheng
uzun müddət özünə həyat yoldaşı tapa bilmədiyi üçün depressiyada idi. Zheng-in
planlarına gəldikdə isə o, robotu təkmilləşdirməyi düşünür.
Paylaş
Bənzər xəbərlər