
Yataqxananı gecə klubuna çevirmiş milyarder. Böyük var-dövlətə sahib olmamışdan öncə Elon Musk necə pul qazanırdı?
Elm & Texnologiya
20.08.2017
Elon Musk, Silikon Vadisinin ən iddialı sahibkarlarından
biridir. Son illərdə onun “Tesla” və “SpaceX” şirkətlərinin səhmləri qalxdı. O
özü isə ümumilikdə nəqliyyat sahəsini dəyişdirmək niyyətindədir. Elon Musk-ın
var-dövləti, 16.6 milyard dollar üzrə qiymətləndirilir. Təbii ki, bu cür vəsaiti
o bir gecəyə qazanmayıb. Onun, milyarder olmamışdan öncə pul qazanmaq
üsullarını sizlərə təqdim edirik.
12 yaşında Musk, özünün videooyununu yaradaraq onu satmışdı:
Onun yaratdığı oyun, Blaster adlanırdı. Həmin oyunda
oyunçudan tələb olunan, yadplanetli kosmik gəmiləri məhv etmək idi. Musk,
uşaqlıq vaxtlarından kompüterlərlə maraqlanırdı və o, 9 yaşında proqramlaşdrmağı
öyrəndi. Oyunu isə o, BASIC-də yazmışdı. Oyunun kodu, Cənubi Afrikanın PC and
Office Technology adlı nəşriyyatında yayımlanandan sonra Musk, 500$ pul əldə
etmişdi. Bu, Musk-ın satdığı ilk məhsul idi. Günlərin birində Musk, hətta
taxta-şalban mişarlayan yerdə təmizlikçi qismində də çalışmışdı. 1988-ci ildə
Musk, Cənubi Afrikadan getdi və Kanadada iş axtarmağa başladı. İşə düzəlmənin
bir sıra variantları bir qədər gözlənilməz oldu. İlk öncə o, Uoldek şəhərində
yaşamış qohumunun fermasında bitkilərə qulluq etmiş və taxıl yığılması ilə məşğul
olmuşdur. Daha sonra Vankuverdə isə taxta-şalban mişarlamağı öyrənmişdi. Lakin
sonra Musk, işə düzəlmə xidmətinə gedərək onun üçün ola biləcək ən yüksək
maaşlı işi tapmaq istədi. Beləliklə o, taxta-şalban mişarlayan yerdə qazanxana
təmizləyən vəzifəsinə işə düzəldi. Bu işə görə Musk, saatda 18$ alırdı. 1988-ci
il üçün bu heçdə pis qazanc deyildi. O, çətin işi yerinə yetirirdi. Belə ki, o,
bədəninə təhlükəsizlik forması geyinərək binanın dar yerlərinə keçib oraları
taxta qırıntılarından təmizləməli olurdu. Bununla yanaşı binada temperatur çox
yüksək idi.
Musk, Bank of Nova Scoatia bankının top menecerinə zəng edərək
onu yeməyə dəvət edəndən sonra o, bankın praktikasına düşdü:
Musk, Kanadada öz qardaşı Kimball Musk ilə görüşdü. Məqsədlərinin
ardınca gedən iki qardaş, biznes müzakirəsi üçün ciddi sahibkarları axtarmağa
başladılar. Onlar özləri müxtəlif biznesmenlərə zəng edərək bir yerdə nahar etməyi
təklif edirdilər. Həmin insanlar arasında Kanadanın ən böyük bankı olan Bank of
Nova Scotia-nın top meneceri Peter Nicholson da var idi. Nicholson, bu iki
qardaşın ruh yüksəkliyini bəyəndi. Elon isə onun diqqətini o qədər çəkdi ki,
Nicholson, Musk-ın mentoru oldu və ona, bankda yay təcrübəsi keçməyi təklif
etdi. Yay təcrübəsində Musk, saatına 14$ qazanırdı. Musk, yaşadığ yataqxanadakı
otağında kompüter və onun hissələrini satırdı. Kuins Universitetindəki təhsili
müddətində Musk, kənar və o vaxtlar üçün gəlirli olan biznes ilə məşğul olmağa
başladı.
O nəinki öz yaşadığı otağında kompüter və onlar üçün nəzərdə tutulmuş
hissələr satırdı, həmdə öz dostları üçün kompüterlər yığırdı. “Onların
kompüterləri çalışmayanda və ya viruslarla yoluxanda mən onları bərpa edirdim.
Mən demək olar ki, hər bir problemin həllini tapa bilirdim” – deyə Musk bildirmişdi. O, təhsil ödənişini
öz evində açdığı gecə klubu hesabına ödəyirdi. 1992-ci ildə Musk, Pensilvaniya
Universitetinə keçdi. Öz dostu ilə birlikdə o, ucuz qiymətə 10 otaqlı
yataqxananı icarəyə götürdü. Həftə sonları həmin yataqxana qeyri-leqal gecə
klubuna çevrilirdi. Yataqxananın pəncərələri qara rəngli zibil torbaları vasitəsilə
bağlanırdı. Musk heç vaxt alkoqol barəsində təcrübəli olmadığı üçün o heç zaman
içmirdi və hər şeyi idarə edirdi. Musk-ın sözlərinə görə hər həftənin sonunda
olmuş qeyri-leqal gecə klubu hesabına o, kollecdəki təhsilinin pulunu ödəyə
bilirdi. “Bir gecəyə mən o qədər pul qazanırdım ki, o pul, yataqxananın bir
aylıq icarəsinə kifayət edirdi” – deyə Musk bildirib.
1995-ci ildə Musk, internet startap yaratmaq üçün
Stenforddakı təhsilini dayandırdı:
Stenford Universitetinə qəbul olduqdan 2 gün sonra o başa
düşdü ki, internetin arxasında böyük gələcək var. Beləliklə o, təhsilini
dayandıraraq qardaşı ilə birlikdə Zip2 adlı şirkəti yaratdı. Bu şirkət, online
nəşrlər üçün xəritə və naviqasiya sahəsində fəaliyyət göstərirdi. Sözügedən
biznesi yaratmaq üçün Musk qardaşları, atalarının bank hesabından 28.000$ vəsait
götürmüşdülər. 4 ildən sonra isə Musk, şirkəti sataraq milyoner oldu. 1999-cu
ildə Zip2, o vaxtlar yeni təsis edilmiş “Compaq” şirkəti tərəfindən alındı. Müəyyən
müddətdən sonra həmin şirkət, kompüter sistemlərinin satışı ilə məşğul olan
aparıcı şirkətlərdən biri oldu və 2002-ci ildə “HP” tərəfindən alındı. Zip2,
307 milyon dollara satıldı. Həmin vəsaitdən Musk-a çatan isə 22 milyon dollar
oldu. Zip2-nun satışından sonra Musk, X.com adlı şirkəti yaratmaq üçün 12
milyon dollar vəsait xərclədi. Onun o vaxtlardakı fikrinə əsasən yeni şirkət,
online ödəniş sisteminin gedişatını təyin edəcəkdi. 2000-ci ildə X.com, rəqib
şirkət olan “Confinity” ilə birləşdi və bir müddətdən sonra o öz adını PayPal-a
dəyişdi. Direktorlar şurasında olmuş uzun müzakirələrdən sonra baxmayaraq ki,
Musk, şirkətin böyük sayda səhmlərinə sahib idi, onu direktorlar şurasından
uzaqlaşdırdılar. 2002-ci ildə isə “PayPal”, “eBay” tərəfindən alındı. Musk isə
bu müqavilənin bağlanmasını məsləhət görmürdü. Nəticədə müqavilənin dəyəri 1.5
milyard dollar təşkil etdi və Musk həmin satışdan 180 milyon dollar qazandı.
Mənbə: www.Businessinsider.com (Sergei Klebnikov)
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...