Yaxın zamanda mobil cihazlarda 150 vatt gücündə sürətli şarj texnologiyası istifadəyə veriləcək

Yaxın zamanda mobil cihazlarda 150 vatt gücündə sürətli şarj texnologiyası istifadəyə veriləcək

Texnologiya
17.11.2021 PAYLAŞIM

    İldən-ilə smartfon istehsalçıları sürətli şarj texnologiyasının göstəricilərini yüksəldirlər. Əvvəllər 30 vatt gücündə sürətli şarj tenxologiyası norma hesab edilirdisə, indi artıq 50-65 vatt gücündə sürətli şarj texnologiyaları mövcuddur. Hətta bəzi yeni smartfon modelləri 120 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyirlər. Buna misal olaraq bir neçə müddət bundan öncə təqdim edilmiş Redmi Note 11 Pro+ smartfonunu gətirmək olar. 120 vatt gücündə sürətli şarj texnologiyası vasitəsilə sözügedən smartfonun 4500 mAh enerji tutumlu batareyası 100% enerjini 20 dəqiqə ərzində yığa bilir. Lakin görünür, yaxın zamanda şarj prosesi daha az zaman alacaq. Belə ki, 150 vatt gücündə sürətli şarj texnologiyasına sahib smartfon hazırlanır. Bu barədə məlumatı Digital Chat Station ləqəbli məşhur çinli insayder verib.

    O bildirib ki, 150 vatt gücündə sürətli şarj texnologiyası hazırlanır və ona sahib olacaq smartfonun irimiqyaslı istehsalına startın verilməsi zaman məsələsidir. Lakin insayder söhbətin hansı smartfon modelindən və ya şirkətdən getdiyi barəsində məlumat verməyib. Nəticədə həmin şirkətin Xiaomi olacağı təqdirdə bu heç də təəccüblü olmayacaq. Belə ki, Xiaomi demək olar ki, fəaliyyət göstərdiyi bütün sahələrdə ilk olmağı hədəfləmiş şirkətdir. Bundan əlavə olaraq şirkət bir neçə müddət bundan öncə HyperCharge adlı sürətli şarj sistemini təqdim etmişdi. Sözügedən sistem özündə 200 vatt gücündə sürətli naqilli və 120 vatt gücündə sürətli naqilsiz şarj texnologiyalarını birləşdirir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Snapdragon 8 Gen 1 prosessorlu smartfonların ön kameraları daimi şəkildə aktiv o..

Snapdragon 8 Gen 1 prosessoruna sahib olacaq smartfonların ön kameraları daimi şəkildə aktiv olacaql..


Alimlər duz dənəciyi ölçüsündə rəngli HD kamera yarada biliblər

Prinston və Vaşinqton Universitetlərindən olan alimlər duz dənəciyi ölçüsündə kamera yarada biliblər..


Yeni Snapdragon 8 Gen 1 flaqman mobil prosessoru təqdim olunub

Baş vermiş çoxlu sayda məlumat sızıntısından sonra Qualcomm şirkəti sonunda özünün yeni flaqman pros..


Çindən olan kriptovalyuta maynerləri Qazaxıstanda elektrik enerjisi kəsintilərin..

2021-ci ilin əvvəlindən başlayaraq Çin hökuməti Çində kriptovalyuta mayninqi ilə mübarizə aparmağa b..


Alimlər öz kopyalarını istehsal edə bilən və PacMan-a bənzəyən bioloji ksenobotl..

Beynəlxalq alimlər komandası mikroskopik ölçüdə olan canlı orqanizmlər yarada biliblər. Yaradılmış o..


Apple bəzi cihazları üçün nəzərdə tutulmuş naqilsiz şarj stansiyasını təqdim edə..

Bloomberg saytının verdiyi məlumata əsasən Apple şirkəti AirPower adlı naqilsiz şarj stansiyasından ..

×