Reklam
Yaxın zamanda smartfonlar üçün 240 vatt gücündə sürətli şarj texnologiyası istifadəyə veriləcək

Yaxın zamanda smartfonlar üçün 240 vatt gücündə sürətli şarj texnologiyası istifadəyə veriləcək

Texnologiya
27.06.2022 PAYLAŞIM

    İnternet resursların verdikləri məlumata əsasən yaxın zamanda smartfonların batareyaları üçün nəzərdə tutulmuş yeni sürətli şarj texnologiyası istifadəyə verilə bilər. Söhbət, 240 vatt gücündə olan sürətli şarj texnologiyasından gedir. Məlumdur ki, sözügedən yüksək sürətli şarj texnologiyası Çin şirkəti tərəfindən hazırlanır. Şirkətin adı barəsində məlumat verilməsə də, insayderlərin fikirlərinə əsasən söhbət, OPPO şirkətindən gedir. Qeyd etmək lazımdır ki, bu ilin əvvəlində Barselonada keçirilmiş MWC 2022 sərgisi çərçivəsində OPPO şirkəti SuperVooc adlı 240 vatt gücündə sürətli şarj texnologiyası barəsində yeni məlumatlar vermişdi. Məlumata əsasən sözügedən texnologiya vasitəsilə 4500 mAh həcmli batareya 100% enerjini 9 dəqiqəyə yığa bilir.


    “2014-cü ildə OPPO SuperVooc texnologiyasının təqdimatından bəri şirkət sürətli şarj texnologiyaları sahəsində liderlərdən birinə çevrilib. 2021-ci ilin dekabr ayına olan statistikaya əsasən bütün dünya üzrə 220 milyon istifadəçi OPPO tərəfindən təqdim edilən effektiv, təhlükəsiz və sürətli şarj texnologiyasından istifadə edir” - deyə şirkətin bəyanatında qeyd edilib. Məlumata əsasən OPPO şirkəti 240 vatt gücündə olan sürətli şarj texnologiyası üçün nəzərdə tutulmuş şarj cihazının test istehsalına artıq start verib. Qeyd etmək lazımdır ki, OPPO-nun rəqibi olan Vivo şirkəti yaxın zamanda iQOO 10 Pro adlı smartfonunu təqdim etməlidir. Sözügedən smartfon 200 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcək. Bu texnologiya vasitəsilə smartfon batareyası 100% enerjini 12 dəqiqə ərzində yığa biləcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Samsung Galaxy Watch 5 smart saatları və naqilsiz Buds 2 Pro qulaqlıqları təqdim..

Samsung şirkəti qatlana bilən yeni smartfonları (Galaxy Z Fold 4 və Galaxy Z Flip 4) ilə yanaşı həmç..


Qatlana bilən smartfon, naqilsiz qulaqlıqlar və planşet: Xiaomi 11 avqustda təqd..

Xiaomi şirkəti 3 yeni məhsulunun tizer materiallarını təqdim edib.


Məşhur analitik Apple şirkətinin qarışıq reallıq cihazı haqqında yeni məlumatlar..

Analitikin sözlərinə əsasən şirkət il ərzində 1.5 milyon ədəd qarışıq reallıq cihazını satışa çıxart..


Apple M2 və M2 Pro prosessorlu Mac mini üzərində çalışır

Bloomberg saytının jurnalisti Mark Gurman Apple şirkətinin yeni Mac mini kompüteri barəsində məlumat..


Nothing şirkəti yeni məhsullarına işarə edən video təqdim edib (VİDEO)

Nothing şirkəti öz Youtube kanalında “What’s after Phone (1)?” adlı video təqdim edib.


Tesla Optimus robotunun əllərinin əks olunduğu tizer foto təqdim edilib

Tesla AI Day Part 2 tədbirinin keçirilməsinə az müddət qalmış şirkət insana bənzər Tesla Optimus adl..

×