main-post-cover

    Yayılmış yeni fotolar büdcəli Galaxy S10 modelinin adını təsdiqlədilər

    Elm & Texnologiya
    07.02.2019
    Farid Pardashunas
        Çinin Weibo adlı sosial şəbəkəsində Galaxy S10 seriyasının büdcəli versiyası Galaxy S10e modelinin real fotoları yayılıb. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə əvvəlcədən verilmiş məlumat özünü təsdiqlədi. Belə ki, seriyanın büdcəli modelinin adı Galaxy S10 Lite deyil, Galaxy S10e adlanacaq. Fotolardan da görmək olar ki, smartfon yastı genişformatlı ekrana sahib olacaq və ekranın yuxarı sağ hissəsində ön kamera üçün nəzərdə tutulmuş dairəvi hissə yerləşəcək.

        Məlumatlara əsasən Galaxy S10e modeli QHD+ keyfiyyətli 5.8 düym Super AMOLED ekran, Snapdragon 855/Exynos 9810 prosessoru (satışa çıxacağı bazardan asılı olaraq), 6 GB RAM, 128 GB daxili yaddaş həcmi, ikili arxa kamera və 3100 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Adi Galaxy S10 və S10 Plus modellərindən fərqli olaraq Galaxy S10e modelində barmaq izi skanı texnologiyası smartfonun kənarında yerləşəcək. Avropada Galaxy S10e modelinin 750 avro qiymətində satılacağı güman edilir. Qeyd etmək lazımdır ki, Samsung şirkəti Galaxy S10 seriyasının təqdimatını 20 fevral tarixində reallaşdıracaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər