Logo
    main-post-cover

    Yellənəndikcə telefona enerji yığdıran stul [Video]

    Müasir insanın ən böyük problemlərindən biri də telefonun enerji problemidir. Ona görə də bu sahədə görülən işlərə hər gün bir yenisi əlavə olunur. Ağıllı telefona enerji yığdıran bu stul da onlardan biridir.
     
    Nathalie Teugels adlı dizaynerin hazırladığı stul, sadəcə ayağınızı uzadıb televizora baxmağınıza imkan yaratmır, bunu edərkəm həm də telefonunuza enerji yığdırır. Qol hissəsində yerləşən USB girişi vasitəsilə telefon qoşmaq mümkün olan MOOV adlı stul, elektriki də öz gövdəsindən təmin edir. Stulun tərkibindəki piezoelektrik kristallar, stul yelləndikcə kinetik enerji istehsal etməsinə şərait yaradır.
     


    Hazırlıq mərhələsində olan MOOV adlı stulun digər xüsusiyyətləri haqqında hələ ki məlumat yoxdur.
    Paylaş
    Bənzər xəbərlər