main-post-cover

    Yemək çatdırma servisi UberEats 'Uber' şirkətinin əsas biznesi olan taksi xidmətini geridə qoyub

    Elm & Texnologiya
    27.12.2017
    Farid Pardashunas
    İlin nəticələrinə əsasən bu servisin dövriyyəsi 3 milyard dollara çata bilər.
    Yemək çatdırılması servisi olan UberEats bir sıra ölkələrdə “Uber” şirkətinin əsas biznesi olan taksi xidmətini geridə qoyub. Bu barədə Business Insider saytı xəbər verib. Şirkət rəsmilərinin verdikləri məlumatlara əsasən 19 Avropa ölkəsində UberEats servisi şirkətin taksi xidmətindən daha çox gəlir gətirir. Şirkətin məlumatına əsasən Milan, Madrid və Fransanın Qrenoble şəhərlərində istifadəyuə verilməsindən sonra UberEats iki dəfə böyüyüb. Ümumilikdə isə yemək çatdırma servisi 30-dan çox ölkədə fəaliyyət göstərir.
    Bu servisin ən böyük bazarlarından biri də İngiltərədir. Burada servis 40 şəhərdə fəaliyyət göstərir. Servisin bildirdiyinə görə onlar İngiltərənin 8000-dən çox restoranı ilə əməkdaşlıq edirlər. Bu servisin böyüməsinin ən böyük səbəblərindən biri də onun daha çox restoran seçimi təqdim etməsindədir. Çatdırılmanın sürətli və təhlükəsiz şəkildə reallaşdırılması da böyük rol oynayır. Məlumata əsasən Londonda çatdırılmanın vaxtı əsasən 25 dəqiqədən gec olmur. UberEts servisinin meneceri Toussaint Wattinne servisin gəlirləri barəsində məlumat verməsə də onun “Uber” üçün böyük vacibliyini qeyd edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər