Logo
    main-post-cover

    Yeni Intel Core prosessoru barəsində məlumatlar ortaya çıxıb

    Elm & Texnologiya
    04.05.2023
    Emil
        Dünən məlumat ortaya çıxdı ki, Intel özünün yeni Intel Core prosessorlarının adlarını dəyişəcək və Intel Core i adından imtina ediləcək. İndi isə bunun daha bir sübutu ortaya çıxıb. Belə ki, bençmark saytlarından birində Intel-in Meteor Lake seriyasına daxil olacaq yeni prosessoru ortaya çıxıb və o, Intel Core Ultra adına sahibdir. Bundan əlavə olaraq onun bəzi texniki özəllikləri də məlum olub. Bençmark məlumatlarına əsasən Intel Core Ultra 5 1003H adlı yeni prosessor özündə 18 ədəd fiziki və məntiqi CPU-nu birləşdirəcək. Bundan əlavə olaraq sözügedən prosessora 2.1 GHz tezlikdə çalışan 128 nüvəli qrafik altsistemi daxildir. Bu göstəricilər Intel Arc A380 adlı qrafik altsistemin göstəricilərinə bənzəyir. Qeyd etmək lazımdır ki, Intel-in öz yeni prosessorlarını bu ilin ikinci yarısında təqdim edəcəyi gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər