
Yeni AMD Ryzen 4000G prosessorları Yaponiyada saatlar ərzində satıldı (Stoklar bitdi)
Elm & Texnologiya
23.08.2020
Nijat
AMD şirkəti Zen arxitekturası üzərində hazırladığı Ryzen prosessorları ilə rəqibi Intel-i sözün əsl mənasında əzib keçib. Keçən ay təqdim etdiyi Ryzen 4000G (Kod adı: Renoir) prosessorları artıq Yaponiyada pərakəndə satış saytlarında satışa çıxarılıb. Verilən son məlumatlara görə prosessorlar saatlar ərzində satılıb. Yaponiyadakı satış stokları bu satış rəqəmlərindən sonra tükənib.
AMD şirkətinin Ryzen 4000G prosessorları Yaponiyada çox ciddi tələbatla qarşılaşıb.

Bir digər önəmli məqam isə odur ki, şirkət bu prosessorları fərdi istifadəçiyə satmaq yerinə original istehsalçılara satmağı planlayıb. Yəni hazır keys satan şirkətlər üçün nəzərdə tutulub. Lakin o qədər tələb olub ki, ön sifarişlər belə tükənib. Bu siyahıda ən çox tələb görən APU prosessoru isə Ryzen 7 4700G olub. Önümüzdəki aylarda AMD şirkəti fərdi istifadəçilər üçün nəzərdə tutulan yeni prosessorlarını təqdim edəcək və təxminlərə görə Intel şirkətinin 10.nəsil Core prosessorları ilə 5 Ghz sərhəddini keçdiyi kimi AMD də prosessorlarında 5 Ghz tezliyi keçməyi planlayır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
