Yeni Apple MacBook Air noutbukları barəsində məlumat verilib

Yeni Apple MacBook Air noutbukları barəsində məlumat verilib

Texnologiya
07.03.2023 PAYLAŞIM

    Bloomberg saytının məşhur analitiki Mark Gurman Apple şirkətinin gələcək MacBook Air noutbukları barəsində məlumat verib. Analitikin sözlərinə əsasən Apple 13 15 düym ekranlara sahib yeni MacBook Air modellərini ya yaz fəslinin sonunda ya da yay fəslində təqdim edəcək. Bu məsələdə dəqiq tarix hələ bilinmir. Bundan əlavə olaraq yeni MacBook Air modellərində istifadə ediləcək prosessorların modelləri barəsində də konkret bir məlumat yoxdur. Çox güman ki, 13 düym ekrana sahib model M3 prosessoru ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, M3 prosessoru TSMC şirkətinin 3 nanometrlik texnoloji prosesi əsasında hazırlanacaq. Hal hazırda aktual olan MacBook Air (2022) modeli keçən ilin iyul ayında satışa çıxamışdı. O, 5 nanometrlik texnoloji proses əsasında hazırlanmış M2 prosessoru vasitəsilə çalışır. 15 düym ekrana sahib olacaq yeni MacBook Air modelinin də M3 prosessoru ilə təchiz olunub-olunmayacağı bilinmir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Üzən Günəş panelləri 6000-dən çox şəhərin elektrik enerjisi tələbatını tamamilə ..

Aparılmış yeni tədqiqata əsasən üzən Günəş panelləri planetin müxtəlif nöqtələrində olan minlərlə şə..


Apple öz elektromobilinin salonu üçün unikal işıqlandırma texnologiyasını patent..

Apple şirkəti Project Titan adı altında bilinən layihəsi çərçivəsində hazırlanan gələcək elektromobi..


Huawei FreeBuds 5-in real fotosu ortaya çıxıb

23 mart tarixində Huawei şirkətinin növbəti təqdimat tədbiri keçiriləcək.


Elon Musk Starship-in ilk orbital uçuşunu anons edib

SpaceX şirkətinin CEO-su Elon Musk planetlərarası Starship kosmik raketinin ilk orbital uçuşunu anon..


Samsung Exynos 2300 prosessoru barəsində yeni məlumatlar verilib

Bir neçə müddət bundan öncə insayderlər Samsung şirkətinin Exynos 2300 adlı yeni flaqman prosessoru ..


Qualcomm subflaqman və orta büdcəli smartfonlar üçün Snapdragon 7+ Gen 2 prosess..

Qualcomm şirkəti Snapdragon 7 seriyasının yeni prosessorunu təqdim edib. Söhbət, Snapdragon 7+ Gen 2..

×