main-post-cover

    Yeni Galaxy S smartfon seriyasının təqdimat tarixi elan olunub (VİDEO)

    Elm & Texnologiya
    06.01.2020
    Emil Nəcəfov
        Dünən Samsung şirkətinin Korea üzrə şöbəsi Vimeo servisində səhvən Samsung Galaxy Unpacked 2020 tədbirinin keçirilmə tarixini özündə birləşdirən reklam videosunu təqdim etmişdi. Lakin həmin video tez bir zamanda silindi. Buna baxmayaraq bir sıra istifadəçi həmin videonu saxlaya bildi. Bu cür məlumat sızıntısından sonra isə şirkət məcbur olaraq Samsung Galaxy Unpacked 2020 tədbirinin nə zaman keçiriləcəyini təsdiqlədi. Bu barədə Gagadget saytı xəbər verib.
        Beləliklə şirkətin verdiyi məlumata əsasən Samsung Galaxy Unpacked 2020 tədbiri 11 fevral tarixində San Fransiskoda keçiriləcək. Tədbir çərçivəsində yeni Galaxy S11 seriyasının təqdim olunacağı gözlənilir. Bir çox mənbələrin verdikləri məlumatlara əsasən təqdim olunacaq yeni smartfon seriyası Galaxy S11 deyil Galaxy S20 adlanacaq. Lakin bu barədə dəqiq məlumat hələ də azdır. Həmçinin son məlumata əsasən şirkət bu dəfə Galaxy S seriyasında 3 ədəd smartfon təqdim edəcək: Galaxy S11, Galaxy S11+ və Galaxy S11 Lite.
        Bu isə o deməkdir ki, Galaxy S11e modelini gözləmək lazım deyil. Təqdimat tədbiri çərçivəsində şirkət həmçinin qatlana bilən Galaxy Fold 2 smartfon modelini də təqdim edə bilər. Həmçinin təqdim edilmiş reklam videosu da buna işarə edir. Belə ki, reklam videosundakı Galaxy sözündə əks edilmiş ikinci a hərfi məhz qatlana bilən smartfon modelinin arxa paneli formasında reallaşdırılıb. 
    Linki kopyala