main-post-cover

    Yeni Galaxy S10 flaqman seriyasının təqdimat tarixi barəsində məlumat ortaya çıxdı

    Elm & Texnologiya
    10.01.2019
    Farid Pardashunas
        İnternetdə yeni Galaxy S10 seriyasının təqdimat tarixi barəsində məlumat ortaya çıxıb. Daha əvvəl güman edilirdi ki, yeni flaqman smartfon seriyası fevral ayının sonunda keçiriləcək MWC 2019 sərgisi çərçivəsində təqdim olunacaq. Lakin məşhur insayder Ice Universe-in sözlərinə əsasən bu belə deyil. Onun verdiyi məlumata əsasən Samsung şirkəti təqdimatı məhz sərgidən öncə keçirəcək.
        Beləliklə məlumata əsasən yeni Galaxy S10 seriyasının təqdimatı 20 fevral tarixində San Fransiskoda Samsung tərəfindən təşkil ediləcək ayrıca tədbirdə baş tutacaq. Ice Universe-dən başqa bir neçə nüfuzlu mənbə də bu məlumatı təsdiqləyib. Qeyd etmək lazımdır ki, bir sıra məlumatlara əsasən yeni Galaxy S seriyasına 5 smartfon modeli daxil olacaq: Galaxy S0, S10 Plus, S10 Lite və iki ədəd 5G texnologiyalı S10 modeli.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər