main-post-cover

    Yeni Galaxy Tab A planşeti Geekbench testindən keçdi

    Elm & Texnologiya
    22.01.2019
    Farid Pardashunas
        Biz artıq bir neçə müddət bundan öncə bildirmişdik ki, Samsung şirkəti yeni Galaxy Tab A (SM-P205 model nömrəli) planşeti üzərində çalışır və onu bu ilin birinci rübündə təqdim etməlidirlər. İndi isə daha bir planşet modeli barəsində məlumat ortaya çıxıb. Belə ki, məşhur Geekbench bençmark saytının məlumatlar bazasında SM-T515 model nömrəli planşet modeli aşkar edilib.

        Geekbench məlumatına əsasən sözügedən planşet 2 GB RAM-a və Android Pie əməliyyat sisteminə sahibdir. Planşet həmçinin Exynos 7885 prosessoru vasitəsilə çalışır. Qeyd etmək lazımdır ki, keçən ilki Galaxy A8 smartfon modeli də bu prosessora sahibdir. Beləliklə birnüvəli testdə planşet 1277 xal, çoxnüvəli testdə isə 4031 xal toplayıb. Çox güman ki, Samsung şirkəti yeni Galaxy Tab A planşet seriyasını gələn ayın sonunda keçiriləcək MWC 2019 sərgisi çərçivəsində təqdim edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər