main-post-cover

    Yeni GoPro Hero 10 Black action kamerasının render fotoları və texniki özəllikləri təqdim edilib

    Elm & Texnologiya
    28.08.2021
    Farid Pardashunas
        Məşhur insayder Roland Quandt təqdimata hazırlaşan yeni GoPro Hero 10 Black action kamerasının press render fotolarını və texniki özəlliklərini təqdim edib. Beləliklə təqdim edilmiş press render fotolara əsasən yeni action kamera modelinin dizaynı keçən ilki modelə bənzəyəcək. İnsayderin sözlərinə əsasən əsas dəyişikliklər məhz texniki özəllikləri əhatə edəcək. Kameranın qutusunun render fotosuna əsasən GoPro Hero 10 Black modeli 23 MP-lik kamera və GP2 prosessoru ilə təchiz olunacaq.
        Yeni model 60 fps sürətlə 5.3K, 120 fps sürətlə 4K, 240 fps sürətlə isə 2.7K keyfiyyətində videolar çəkə biləcək. Bundan əlavə olaraq kamera 1080p keyfiyyətində canlı yayımların aparılması imkanını təqdim edəcək. Digər özəlliklər arasında yeni HyperSmooth 4.0 stabilizasiya texnologiyası, suya dözümlü gövdə (10 metr su dərinliyinə kimi), səsli idarəetmə dəstəyi və slo-mo videoların yaradılması imkanı var. GoPro Hero 10 Black modelinin təqdimat tarixi barəsində məlumat yoxdur. Lakin şirkət adətən yeni modeli sentyabr ayında və ya oktyabr ayının əvvəlində təqdim edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər