Yeni hibrid generator külək, günəş və dalğa enerjisini yığa bilir
Elm & Texnologiya
15.10.2024
Emil
İsveçin NoviOcean adlı startapı hibdir generatorunun testlərini yekunlaşdırıb. Bu hibrid fenerator özündə külək, günəş və dalğa enerji sistemlərinin texnologiyalarını birləşdirir. Sözügedən hibrid generatorun prototipi suda üzən karkas üzərində quraşdırılıb və o, 1 meqavat-a kimi təmiz enerji generasiya edə bilir. Bu cür hibrid generator platformasının uzunluğu 38 metr, eni isə 9 metr təşkil edir.
Onun günəş panelləri 50 kilovat-a kimi enerji generasiya edir. Okean dalğalarının hərəkəti hesabına platforma əlavə 650 kilovat enerji generasiya edir. Üstəlik onun üzərində üçüncü enerji mənbəyi mövcuddur. Söhbət, 6 ədəd kompakt ölçülü külək turbinindən gedir. Bu platforma 7/24 çalışa bilir. Bir ədəd belə platforma potensial olaraq il ərzində 3.5 giqavat-saat enerji generasiya edə bilər. Bu isə 324 evin elektrik enerjisi ilə təmin olunması üçün kifayətdir. Platformanın tam ölçülü versiyası 2026-2027-ci illərdə işə başlamalıdır.
Paylaş
Bənzər xəbərlər
Elm & Texnologiya
Çətin səthlərə uyğunlaşa bilən və formasını dəyişə bilən təkər hazırlanıb! (VİDEO)
Koreyalı tədqiqatçılar, real vaxtda formasını dəyişən və qeyri-bərabər səthləri və yüksək maneələri asanlıqla dəf edə bilən tənzimlənən təkər hazırlayıblar.
Elm & Texnologiya
Alimlər, istənilən məhsulu günəş panelinə çevirə bilən material hazırlayıblar!
Oksford Universitetinin alimləri, hazırladıqları yeni materialla demək olar ki, istənilən məhsulu günəş panelinə çevirə bilir. Bu yenilik sayəsində günəş fermalarına ehtiyac azala bilər.
Elm & Texnologiya
VR oyunlarını oynamaq üçün təkərli ayaqqabılar hazırlanıb! (VİDEO)
Freeaim adlı şirkət, VR oyunlarında təcrübəni təkmilləşdirmək üçün elektrikli təkərləri olan ağıllı ayaqqabılar hazırlayıb. Gəlin birlikdə ayaqqabıların nə təklif etdiyinə baxaq.
Elm & Texnologiya
Növbəti nəsil NFC texnologiyası hazırlanır
Özündə Apple, Google və Qualcomm kimi nümayəndə şirkətləri birləşdirən NFC Forum təşkilatı növbəti nəsil NFC texnologiyası üzərində çalışır.
Elm & Texnologiya
ABŞ-da ilk smart avtomobil yolu layihəsinə start verilib
ABŞ-ın Miçiqan ştatında ölkənin ilk smart avtomobil yolu layihəsinin reallaşdırılmasına start verilib.
Ən çox oxunanlar