Logo
    main-post-cover

    Yeni Huawei MatePad planşetinin render fotoları və texniki göstəriciləri təqdim edilib

        Yaxın günlərdə Huawei şirkətinin MatePad 11.5 (2023) adlı yeni planşetinin Çində təqdimatı baş tutacaq. İnsayderlər təqdimata az müddət qalmış planşetin texniki göstəricilərini və keyfiyyətli render fotolarını təqdim ediblər. Beləliklə insayderlərin sözlərinə əsasən Huawei MatePad 11.5 (2023) planşeti 120 Hz-lik təsvir yenilənməsinə sahib 2200x1440 piksel keyfiyyətli 11.5 düym IPS ekran ilə təchiz olunacaq.
        Planşet Snapdragon 7 Gen 1 prosessoru vasitəsilə çalışacaq və özündə 6/8 GB RAM ilə 128 GB daxili yaddaş həcmini birləşdirəcək. Məlumatda qeyd edilib ki, planşet 13 MP-lik arxa kameraya, 8 MP-lik ön kameraya və 22.5 vatt gücündə sürətli şarj texnologiyalı 7700 mAh enerji tutumlu batareyaya sahib olacaq. Təqdim edilmiş render fotolardan da görmək olar ki, planşet klaviaturalı keys ilə stilus dəstəyini əldə edəcək. Huawei MatePad 11.5 (2023) planşetinin Çin bazarından kənarda satılıb-satılmayacağı bilinmir.
    Paylaş
    Bənzər xəbərlər