Logo
    main-post-cover

    Yeni Huawei MatePad Pro planşeti təqdim edilib - QİYMƏTİ

    Elm & Texnologiya
    25.09.2023
    Emil
        Huawei şirkəti Çində yeni flaqman planşetini təqdim etdi. Söhbət MatePad Pro 13.2 adlı planşetdən gedir. Şirkətin verdiyi məlumata əsasən sözügedən planşet böyük ekrana sahib ən nazik və yüngül planşetdir. Onun gövdəsi metal materialdan hazırlanıb və qalınlığı 5.5 mm, çəkisi isə 580 qramm təşkil edir. Maksimal dərəcədə nazik ekran ətrafı çərçivələr hesabına ekran planşetin ön panelinin 94%-ni əhatə edir. Belə ki, ekran ətrafı çərçivələrin qalınlıqları cəmi 3.4 mm təşkil edir.
        Beləliklə yeni MatePad Pro modeli 144 Hz-lik təsvir yenilənməsinə sahib 2880x1920 piksel keyfiyyətli 13.2 düym OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir. Ekran üzərində ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissə yerləşdirilib. Planşet həmçinin özündə 6 ədəd səsgücləndiricini birləşdirir. Onlardan 4-ü aşağı tezlikli, 2-si isə yuxarı tezliklidir. Huawei şirkətinin son flaqman smartfonlarında olduğu kimi MatePad Pro 13.2 də Kirin 9000s prosessoru vasitəsilə çalışır.
        Bununla yanaşı planşet özündə 12/16 GB RAM-ı, 256/512 GB/1 TB daxili yaddaş həcmini və 88 vatt gücündə sürətli şarj texnologiyalı 10 100 mAh enerji tutumlu batareyanı birləşdirir. Kameralara gəldikdə isə planşet 12 MP + 8 MP ikili arxa kameraya və 16 MP-lik ön kameraya sahibdir. MatePad Pro 13.2 planşeti HarmonyOS 4 əməliyyat sistemi vasitəsilə çalışır. Planşet 28 sentyabr tarixində Çində satışa çıxacaq. Onun qlobal bazarda satılıb-satılmayacağı bilinmir. Planşetin Çin bazarındakı qiymətləri isə aşağıdakı kimi olacaq.
    - 12 GB RAM + 256 GB yaddaş - 711$
    - 12 GB RAM + 512 GB yaddaş - 779$
    - 12 GB RAM + 1 TB yaddaş - 916$
    - 16 GB RAM + 1 TB yaddaş - 957$.
    Paylaş
    Bənzər xəbərlər