Logo
    main-post-cover

    Yeni Huawei MatePad Pro planşetinin texniki göstəriciləri təqdim edilib

        Dünən Huawei şirkəti MatePad Pro 13.2 adlı yeni planşetinin təqdimatını anons etdi. Sözügedən planşet 25 sentyabr tarixində təqdim ediləcək. İndi isə insayderlər bu yeni planşetin texniki göstəriciləri barəsində məlumatları təqdim ediblər. Beləliklə insayderlərin sözlərinə əsasən planşet 2.8K keyfiyyətli 13.2 düym ekran təchiz olunacaq. Ekran üzərində çıxıntı hissə mövcud olacaq və onun daxilində iki ədəd kamera obyektivi yerləşdiriləcək. Arxa paneldən isə planşet üç ədəd kamera obyektivini əldə edəcək. Məlumatda qeyd edilib ki, planşetin ekranı üstəlik M Pencil 3 stilusunun dəstəyinə sahib olacaq. MatePad Pro 13.2 planşetinin hansı prosessor vasitəsilə çalışacağı bilinmir. Sadəcə güman etmək olar ki, bu, Kirin 9000s prosessoru olacaq.
    Paylaş
    Bənzər xəbərlər